Aşıq Namiq Fərhadoğlu, Fəzail Miskinli
16 iyul 2021 14:37 (UTC +04:00)

Aşıq Namiq Fərhadoğlu, Fəzail Miskinli

"Biz kişiyik, şər, böhtan ata bilər..." - Namiqin İDDİALARINA CAVAB

Qadına qarşı seksual zorakılıqda ittiham olunan tanınmış aşıq Namiq Fərhadoğlunun söylədiyi “Bütün bunlar qalmaqalda olan həmkarımın mənə qarşı etdiyi qara piyardır”, sözləri cavabsız qalmayıb.

Ötən il Namiqlə qalmaqal yaşayan aşıq Fəzail Miskinli Lent.az-a açıqlama verib. O, bildirib ki, Namiqlə arasında heç bir problem yoxdur:

“O vaxt ATV-də Namiqlə aramızda problem olmuşdu. Sonra barışıdıq, hər şey qaydasına düşdü. Bir-birimizə qarşı qərəzimiz yoxdur. Kimdən şübhələnir, özü bilər. Biz kişiyik, ən azından bir sənətdə olan adamıq. Bizə yaraşmaz. Kimsə kiməsə şər, böhtan ata bilər, amma araşdıranda gerçək ortaya çıxır”. 

Qeyd edək ki, Namiq Lent.az-a açıqlamasında bu sözləri demişdi. 

“Məni ittiham edən qadın dünən övladı ilə yaınma gələndə gördüm ki, bunun oğlu mənlə qalmaqalda olan aşığın tələbəsidir. Elə bütün bunlar da mənlə qalmaqalda olan həmkarımın mənə qarşı qurduğu qara piyardır”. 

N.Fərhadoğlu Fəzail Miskinli ilə ATV-də qalmaqal etmişdi. Onların efirdə qalmaqalı əlbəyaxa səviyyəsinə gəlib çatmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Yalçın UĞUR

Oxşar yazılar