“Bəzən  özümdən qorxuram”  - Məşhur aktrisa
07 iyun 2024 12:25 (UTC +04:00)

“Bəzən özümdən qorxuram” - Məşhur aktrisa

Türkiyəli aktrisa Tuba Büyüküstün özü barədə maraqlı məlumat verib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o çox qeyri-sabit xarakter sahibi olduğunu deyib.

“Hansı anda hansı addımı atacağım, hadisəyə necə reaksiya göstərəcəyim bəlli deyil. Necə deyərlər, məndən hər şey gözləmək olar. Bəzən özümdən qorxuram.

Sözün həqiqi mənasında gözlənilməzliklərlə doluyam. Hamının üstünə getdiyi, tənqid etdiyi adamı sonuna qədər müdafiə edirəm və bunu inanaraq edirəm. Eyni şəkildə o adamı yerlə-yeksan da edə bilərəm , bunu edərkən yenə haqlı olduğuma əmin ola bilərəm”, - aktrisa bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar