Beyninə qan sızmış Kadir İnanırdan xəbər var
05 dekabr 2024 11:06 (UTC +04:00)

Beyninə qan sızmış Kadir İnanırdan xəbər var

Mart ayında beynindəki laxtalanma nəticəsində əməliyyat olunan Kadir İnanır həkimi icazə verdikdən sonra evə qayıdıb. 

Lent.az-ın türkiyə mediasına istinadən xəbərinə görə, bir həftə evdə qalacaq "Yeşilçam"ın ustasının yenidən xəstəxanaya dönüb-dönməyəcəyi analizlərdən sonra bəlli olacaq.

Ustad aktyor Kadir İnanır martın 24-də beynindəki laxtalanma səbəbindən insult keçirdiyi üçün əməliyyat olunduqdan sonra ehtiyat məqsədilə intubasiya edilib. Aprelin 1-də müalicəsi yaxşılaşdığı üçün reanimasiyadan çıxarılan İnanır aprelin 4-də evə buraxılıb. İnanır keçən avqust ayında ağciyərində yaranan infeksiyaya görə yenidən müalicə almağa başlayıb.

Koç Universiteti Xəstəxanasında müalicə alan aktyor həftənin əvvəlində həkiminin ona icazə verməsindən sonra evə qayıdıb. O bir həftə evində qalacaq. İnanırın xəstəxanaya qayıdıb-qayıtmayacağı təxminən bir həftə sonra ediləcək analizlərdən sonra müəyyənləşəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar