Bakıda kababxana və sallaqxalarda  ƏMƏLİYYAT: Suları kəsildi - FOTO
09 sentyabr 2022 19:20 (UTC +04:00)

Bakıda kababxana və sallaqxalarda ƏMƏLİYYAT: Suları kəsildi - FOTO

Qlobal iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına səbəb olduğu bir dövrdə hələ də içməli sudan qanunsuz və israfçılıqla istifadə edənlər var.

Lent.az xəbər verir ki, Yasamal rayonunda ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qanunsuz əməllərindən əl çəkmirlər. 

Görünür, iqlim dəyişiklikləri  səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarının azalması kimi məlumatlar Yasamal rayonu Şərifzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən obyekt sahiblərinə hələ də çatmayıb. Bu ərazidə fəaliyyət göstərən obyekt sahibləri bir damcı suyun nə qədər qiymətli olmasının fərqinə varmayaraq suyu saatlarla boşuna axıdırlar. Yasamal rayon Sukanal İdarəsi mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı məlum olub ki, kababxana və sallaqxanalarda içməli su ciddi şəkildə talanır. Ərazidə mövcud olan 10-dan çox obyektin cəmi biri sudan qanuni istifadə edir. Digər obyektlərin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara, hətta su təchizatının dayandırılmasına baxmayaraq, yenə də müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar. İçməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsədilə obyektlərin su təchizatı dayandırılıb.

Yasamal rayon Sukanal İdarəsinin mütəxəssisləri bütün obyektləri siyahıya alıb və sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. 

İçməli sudan qanunsuz və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu cür halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Adıçəkilən ərazidə ət kəsimi ilə məşğul olanlar kanalizasiya şəbəkəsinə qanunsuz qoşulma ediblər. Şəbəkəyə heyvan tullantılarının axıdılması baxış quyularının və xətlərin tez-tez tutulmasına, çirkab suların ətraf əraziyə dağılmasına səbəb olur.  

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında  içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 6225 fakt aşkarlanıb. Həmin hallar üzrə 1 milyon 627  min kubmetr həcmində sərfiyyat bərpa olunub. Bu rəqəm Yasamal rayonu üzrə müvafiq olaraq 115 fakt və 28 min 700 kubmetr təşkil edib. Cari ilin yanvar-avqust aylarında  sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.


 

# 2718
avatar

Oxşar yazılar

Gülbən Ərgən  həcixanım   imiş...

Gülbən Ərgən həcixanım imiş...

1 dekabr 2022 , 19:02
Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

1 dekabr 2022 , 12:45
Həbsdən çıxan Gülşəndən İLK PAYLAŞIM

Həbsdən çıxan Gülşəndən İLK PAYLAŞIM

1 dekabr 2022 , 11:05
Məşhur model birdən-birə 45 kiloqrama qədər arıqlayıb

Məşhur model birdən-birə 45 kiloqrama qədər arıqlayıb

1 dekabr 2022 , 06:45
Məşhur repçinin  50 milyon   borcu var

Məşhur repçinin 50 milyon borcu var

30 noyabr 2022 , 19:01
Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA

Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA

30 noyabr 2022 , 17:20
Polis Elza Seyidcahanın  maşınını əlindən aldı

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

30 noyabr 2022 , 16:25
Camala Zelenski ilə  GÖRÜŞDÜ:   "Ukrayna tezliklə zəfər qazanacaq"

Camala Zelenski ilə GÖRÜŞDÜ: "Ukrayna tezliklə zəfər qazanacaq"

30 noyabr 2022 , 14:51