Azərbaycanlı məşhur İsveçdə HƏBS EDİLDİ  - FOTO
12 fevral 2022 10:36 (UTC +04:00)

Azərbaycanlı məşhur İsveçdə HƏBS EDİLDİ - FOTO

İsveçdə yaşayan, əslən Azərbaycandan olan məşhur tatu ustası Natiq Səttarov zorlamada ittihamı olunur. 

Lent.az-ın məlumatına görə, N.Səttarov artıq həbs olunub. Hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib.

Jozef adı ilə də tanınan Səttarov, əvvəllər tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcavüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.

Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib. 

Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib. 

Xatırladaq ki, illər öncə Natiq Səttarovun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı iddialar yayılmışdı. Lakin meyxanaçının qardaşı bu iddianı təkzib etmişdi. Məlumata görə, Natiq Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Televiziya ulduzu kimi də tanınan Natiqin instaqramda 250 mindən çox izləyicisi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3213
avatar

Yalçın UĞUR

Oxşar yazılar