Müğənni Günel Ələkbərova
02 iyun 2021 14:53 (UTC +04:00)

Müğənni Günel Ələkbərova

Azərbaycanda ŞOK: Toyuna 1 gün qalmış bəy qaçdı - VİDEO

“Toyuma bir neçə gün qalmış mənimlə ailə quracaq oğlanı qaçırtdılar”.

Bu sözləri Lent.az-a müsahibəsində “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova deyib.

O bildirib ki, illər öncə gəlinlik geyinmək arzusu gözündə qalıb: "Mən heç vaxt gəlinlik geyinmədim. Hətta el arasında belə bir deyim var ki, toydan öncə gəlinlik geyinməyin düşər-düşməzi var. Bu yalandır. O vaxt mənə verilişlərin birində gəlinlik geyinmək təklif etdilər, razı olmadım. Amma özümə bir qadın kimi gəlinlik qismət olmadı. Bu mənim ən böyük arzum idi. Özümdə yaşaya bilmədiyim arzuları övladımın yaşamağını arzu edirəm. 

Mənimlə toyu olacaq oğlanla nikahımız var idi. Oğlan məndən boşanmaq istəmirdi. Sonra oğlanı həbs etdilər. Mənə görə yox, başqa səbəbə görə. Vəkilim də həbsxanada onun yanına getdi, orada boşanma məsələsi həll olundu. Allaha qurban olum ki, nə yaxşı ki, həmin insanla toyum olmadı. Hər şərdə bir xeyir var. Yaxşı ki, mənim istədiyim kimi yox, Allahın istədiyi kimi oldu. İndi həmin anları xatırlayanda gülməyim gəlir. Bir tərəfdən də sevinirəm. Bu gün lüks həyat sürməsəm də, övladım olduğuna görə xoşbəxtəm”. 

Xatırladaq ki, G.Ələkbərova hazırda evlidir, bir qızı var. 

Qeyd edək ki, sözügedən açıqlamaya aşağıdakı videonun 21-ci dəqiqəsindən sonra baxa bilərsiniz. 

Müğənni Günel Ələkbərova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19443
avatar

Yalçın UĞUR

Oxşar yazılar