Emin Ağalarov və Aygün Kazımova
09 noyabr 2021 12:44 (UTC +04:00)

Emin Ağalarov və Aygün Kazımova

Aygün Kazımova və Emindən bayram sürprizi - VİDEO

Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov 9 Noyabr Bayraq gününə özəl olaraq hazırladıqları “Azərbaycan” adlı layihələrini təqdim ediblər.

Lent.az xəbər verir ki, mahnının musiqisi Brendon Stoun, sözləri Brendon Stoun və Aleksandr Lev Konovalova məxsusdur.

Mahnı Kazımovanın rəsmi “Youtube” kanalında təqdim olunub və müğənninin bütün rəqəmsal platformalarında yer alıb.

Qeyd edək ki, Emin Ağalarovla duet Aygünün yeganə sürprizi deyil. İfaçının mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan” mahnısı Kazımovanın yeni rusdilli “Ya v Nirvane ” albomunda yer alacaq. Müğənni albomu yaxın günlərdə sevənlərinə təqdim edəcək.

Aygün Kazımova və Emindən bayram sürprizi - VİDEO

# 15183
avatar

Yalçın UĞUR

Oxşar yazılar