Arıqlayıb tanınmaz olan məşhurlarımız - Mədəkiçiltmə möcüzəsi
29 mart 2024 18:00 (UTC +04:00)

Arıqlayıb tanınmaz olan məşhurlarımız - Mədəkiçiltmə möcüzəsi

Lent.az mədəsində müxtəlif əməliyyatlar keçirərək xeyli kilo atmış məşhurlarımız barədə məlumat verir.

Onların bəziləri istədikləri nəticəni əldə etsələr də, bəzilərinin əziyyəti boşa gedib. Bəziləri dəyişib tamamilə başqa bir insana çevrilib, bəziləri isə verdikləri çəkini geri alıblar.

Xəzər TV-nin rəhbəri Murad Dadaşov artıq kilolardan bu vasitə ilə qurtulub.

Mərhum Əməkdar artist, aktrisa Tünzalə Əliyeva iki dəfə mədəkiçiltmə əməliyyatı keçirib.

Mərhum prodüser Oqtay Əliyev bir dəfə arıqlasa da, yenidən kilolarını geri almışdı.


“Dəli Kür” filmindəki obrazı ilə məşhurlaşmış müğənni Reyhan Müslümova mədəkiçiltmə əməliyyatının qurbanı oldu, cərrahi əməliyyat zamanı həyatını itirdi.

Əməkdar artist Naibə Orucova əməliyyatla kilolarından qurtulub.


Aparıcı Aytən Səfərova arıqlamaq üçün mədə balonu qoydurub.

Müğənni Elmira (Ema) Ələkbərova da bu yolla artıq çəkidən xilas olub.

Bloger Səbuhi Xanlar da bu yolu keçdi.

Aşıq Əli bir dəfə mədə qatlama əməliyyatı ilə arıqlasa da, yenidən kilo aldı.


 

Müğənni Nurlan Əzizbəyli və xanımı mədəkiçiltmə ilə arıqlayıblar.

# 4515
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar