"Altın Kelebek"dəki əlbisələrini linç edənlərə Nəzrindən  CAVAB  - FOTO
05 dekabr 2022 18:54 (UTC +04:00)

"Altın Kelebek"dəki əlbisələrini linç edənlərə Nəzrindən CAVAB - FOTO

Bir neçə gündür "Altın Kelebek" mükafatlandırma tədbirlərində geyiminə görə tənqid edilən müğənni Nəzrin (Nazryn) səssizliyini pozaraq hamıya cavab verib.

Lent.az xəbər verir ki, dünən mükafata layiq görülən Nəzrin sosial şəbəkə hesabında geyimi haqqında açıqlama paylaşıb. O, bu mükafatı nə geyimi və görünüşü, nə də danışığı ilə alıb:

"Geyim haqqında danışım. Özümə nə rahatdırsa, nə yaraşırsa, onu da geyinirəm. Zövqlə dəbi qarışdırmayın. Dəblə geyinməyənə “zövqsüz” deyirsinizsə, o zaman mahnılarım da dəbli deyil. Bir adam fikir bildirən kimi, düşüncə zövqü və dərinliyi olmayanlar eyni “dəbli düşüncə” ilə gedirlər. Gərək düşüncələrin də zövqlü olsun.

İnsanı ifadə edən onun geyimi, qaməti, danışığı və özünə dəyər verməsidir. Mən bir sənətçi olaraq buralara qədər gəlmişəmsə, bu, sadəcə işimi yaxşı gördüyüm və işimə verilən dəyər üçündür. Nə geyimimlə, nə görünüşümlə, nə də danışığımla bu mükafatı almışam. Əmin olun, məni hələ daha da keçmişə aid geyimdə görəcəksiniz.

Dəb dediyiniz zamanla itən bir anlayışdır. Mənim zaman anlayışım da dəbli deyil. Madam ki, dəblə zövq eynidir, onda mən zövqsüzəm. O zaman geyimim, mahnılarım, danışığım və fikirlərim də zövqsüzdür. Bunu belə görənlərə səslənirəm: Keçmişə xoş gəldiniz. Xoşunuza gəlmirsə, dövrə uyğun ayaq basın”.

Qeyd edək ki, ötən il müğənni Nahidə Babaşlının da "Altın Kelebek"də geyindiyi firuzəyi, vilur əlbisəsi tənqidlərə səbəb olmuşdu. 

Geyiminə görə tənqid olunan müğənni Nəzrinin "Altın Kelebek"də

# 4152
avatar

Nigar Namiq

Oxşar yazılar