Vəkil Aleksandr Tretşev Alla Puqaçyovaya qarşı məhkəməyə iddia verib, ondan “döyüş veteranlarını təhqir etdiyinə görə” 1,5 milyard rubl tələb edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, müğənninin sentyabrın 10-da “Söylə Qordeyevaya” YouTube kanalında verdiyi geniş müsahibədir.
Müsahibədə Puqaçyova birinci Çeçen müharibəsini xatırlayıb, Cövhər Dudayevi “nizamlı və ziyalı insan” adlandırıb, həmçinin Rusiyadakı siyasi vəziyyəti sərt tənqid edib, “stalinizm dövründə yaşamaq istəmirəm” deyib və Ukraynaya qarşı müharibəni “heç kimə lazım olmayan, xüsusən də qardaşlarla” müharibə adlandırıb.
Siyasi texnoloqlar və bəzi ictimai xadimlər bu sözləri “terrorizmə bəraət” kimi qiymətləndiriblər. Tretşev bildirib ki, bu sözlər bütün veteranları təhqir edir və qalib gəlsə, vəsaiti veteranlara yardım üçün xərcləyəcək. Puqaçyova isə vicdanın şöhrətdən üstün olduğunu deyərək açıq danışmağa davam edəcəyini vurğulayıb.