Aktrisa Melisa Şenolsun ilə aktyor Ekin Mert Daymazın sevgili olduqları ortaya çıxıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük Cihangirdə əl-ələ görüntülənib. Onlar artıq 1 aya yaxındır münasibətlərinin olduğunu etiraf ediblər.
Qeyd edək ki, Melisa iş adamı olan Umut Evirgendən qısa zaman öncə ayrılıb. Ekin Mert isə bu münasibətə qədər Melisa Döngel, Eliz Sakuçoğlu, Hande Erçel kimi aktrisalar ilə eşq yaşayıb.