Ajda Pekkandan  qorxudan   XƏBƏR:  Əməliyyat olundu
02 fevral 2024 13:05 (UTC +04:00)

Ajda Pekkandan qorxudan XƏBƏR: Əməliyyat olundu

Məşhur  müğənni Ajda Pekkandan bu dəfə qorxulu xəbər gəlib, onun əməliyyat olunduğu açıqlanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni yaydan bəri çiyin ağrıları yaşadığını açıqlayıb. Gərgin konsert proqramından fürsət tapan sağ çiynindən əməliyyat olunub.

3 gün əvvəl İstanbulda özəl xəstəxanada əməliyyat olunan müğənni evə buraxılıb, sənətçi 3 həftə fiziki müalicə kursu keçəcək. Daha əvvəl ombasını sındıran Pekkanın çiynində əzələ yırtığı yaranıbmış.

Sənətçi eyni çiynindən öncə bir dəfə də əməliyyat keçirib. Evində dincələn Ajda Pekkan vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib.
 

# 3582
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar