Afətin ərinin azadlığa çıxmasına kim kömək etdi? - Təşəkkür VİDEOSU
03 fevral 2022 12:34 (UTC +04:00)

Afətin ərinin azadlığa çıxmasına kim kömək etdi? - Təşəkkür VİDEOSU

Müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanovun azadlığa çıxmasına görə, Daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edib.

Lent.az-ın məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədəki səhifəsində video paylaşıb. 

Qeyd edək ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunurdu. O, yanvarın 31-i səhər saatlarında Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilmişdi. Xəzər Rayon Məhkəməsinin qərarı ilə M.Nanacanov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23580
avatar

Oxşar yazılar