Müğənni Afət Fərmanqızı bir zamanlar məhkəmə çəkişməsi yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib.
Lent.az xəbər verir ki, o, bu barədə qatıldığı teleproqramda danışıb.
"Oğlumun toyu oktyabrın 7-də olacaq. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa", - deyə o bildirib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün məhkəməyə vermişdi.