Xalq artisti Mənsum İbrahimov ifaçısı sevgidən, qısqanclıqdan söz açıb. Lent.az-ın məlumatına görə, xanəndə "ATV maqazin onlarla" verilişinə açıqlamasında bu sözləri deyib:
Sevgi hissi insana hər yaşda lazımdır. Sevgisiz insan yaşaya bilməz, robot olar. İnsan doğulandan ömrünün sonuna qədər sevgi ilə müşayiət olur.
Hər bir normal insan kimi məndə də qısqanclıq hissi var. İstəkdən gələn bir hissdir. Həm də Azərbaycan səhnəsinin Məcnunuyam. Təbiidir ki, qəlbimdə istək, qısqanclıq olsun. Amma çərçivədə... İnsan ailə quranda düşünməlidir, götür-qoy etməlidir. Çünki həyatının yoldaşını seçir. Mənim hüzur tapdığım yer ailəmin yanıdır. İşimdə bir ədalət tərəzisi var. Hər zaman çalışıram ki, düzgün qərar verim. Həyatda çalışıram ki, peşman olmayım".