İzzət Bağırov həmkarlarını “ucuz göyərti”yə bənzətdi!
24 fevral 2011 11:21 (UTC +04:00)

İzzət Bağırov həmkarlarını “ucuz göyərti”yə bənzətdi!

Bu barədə Lent.az-a açıqlama verən müğənni toy bazarındakı özbaşınalığa etiraz edib: “Vəziyyət çox bərbaddır. Bunun əsas səbəbkarları isə əlinə mikrofon götürüb, özünü müğənni adlandıran bəzi “müğənnicik”lərdir. Uşaq-muşaqlar doluşublar toy biznesinə. İfadəmə görə üzr istəyirəm, amma bazarlarda 5 dəstəsi 20 qəpiyə satılan göy-göyərtilər var a, bax bu sözlərim bütünlüklə dediyim həmin o toy müğənnilərinə aiddir. Sənəti olmayanları ancaq belə müqayisə etmək olar. Amma ziyan çəkən yenə də toy sahibləri olurlar. Necə deyərlər, “uzuc ətin şorbası olmaz”. Ona görə də toy edən insanlar müğənni seçimində diqqətli olmalıdırlar”.

Müğənni toy sahiblərinə çağırış da edib: “Bir sözlə, toy biznesində əsl xaosdur. Ona görə də valideynlər, əvvəl də dediyim kimi, toyun sonunda mənəvi ziyan çəkmək istəmirlərsə, və ən əsası, qonaqlarının toydan müsbət əhval-ruhiyyədə ayrılmalarının tərəfdarıdırlarsa, mütləq peşəkar müğənnilərə, musiqiçilərə üstünlük verməlidirlər. Bəlkə bundan sonra qeyri-peşəkarların ayaqları az da olsa toy səhnələrindən yığışdırılar”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar