Aygün Kazımova əməliyyat sonrası danışdı - EKSKLÜZİV
Tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti dəfə əməliyyat olunub. Müğənni Lent.az-a eksklüziv açıqlamasında təsdiqləyib: “Dünən axşam əməliyyatdan çıxmışam, hazırda xəstəxanadayam. Elə nahiyədir ki, mətbuata açıqlamaq istəmirəm. Etik qaydalar var da... Deməyəcəyəm ki, haramı balacalaşdırmışam. Detallara varmayaq, sadəcə təsdiqlədim ki, əməliyyat olunmuşam”.
Aygün Kazımova pulu olmadığı üçün Bakıda əməliyyat olunduğu barədə xəbərə də münasibət bildirib: “Mənim şəxsi həkimim var, lazerlə çalışan həkimdir. Həkim Rauf Əşrəfov, Əşrəf Əşrəfovun oğludur. O, mənim üçün tapıntıdır. Moskvada yaşayır, ayda bir dəfə gəlir, əməliyyat edir və çıxıb gedir. O, Moskvadan gəlib. Yəni pulum o qədər də qurtarmayıb, narahat olmasınlar”.
Lalə Yusifqızı

1690