“Kişi olduğumu biləndə şoka düşürlər”
22 fevral 2011 22:10 (UTC +04:00)

“Kişi olduğumu biləndə şoka düşürlər”

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, androgen (həm kişi, həm də qadın xüsusiyyətlərinə malik şəxs-red.) görünüşlü maneken Andrej Pejic gözəlliyi ilə qadınları qısqandırır.


Bütün modelyerlər yeni modellərini məhz onun nümayiş etdirməsini istəyir. Qadın kimi üz cizgiləri, doldun dodaqları, gözəl bədəni olan serbiyalı manekenə hər bir paltar qadınlardan çox yaraşır. Kişi modellərinin nümayişində isə əsl kişi duruşu ilə hər kəsi təəccübləndirir.


19 yaşı olan Andrej Pejic 2 il əvvəl, 17 yaşında ikən “McDonalds”da çalışan zaman diqqət çəkib. “Marc Jacobs” jurnalına müsahibə verən və jurnalın üz qabığında şəkilləri dərc olunan serb əsilli Andrej Pejic deyib ki, iqtisad, yaxud hüquq sahəsində təhsili almaq istəyir: “Belə görünüşüm səbəbindən bəzən yanlış anlaşılıram. Kişilər qadın olduğumu zənn edib, məni yeməyə dəvət edir, kişi olduğumu öyrənəndə üzr istəyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113

Oxşar yazılar