Nadir Qafarzadə Buynuz meşəsində həsrətinə son qoyub
22 fevral 2011 10:57 (UTC +04:00)

Nadir Qafarzadə Buynuz meşəsində həsrətinə son qoyub

Bu barədə Lent.az-a klipin rejissoru Nail Naiboğlu məlumat verib. Rejissor çəkilişlərin İsmayıllıda aparıldığını deyib: “Nadirlə işləmək maraqlıdır. Fikirləşdik ki, çəkilişi paytaxtdan kənarda aparaq, həm şəhər qayğılarından uzaq qalaq, həm də təbiətə səyahət edək. Həm də məlumdur ki, Bakı bu il qara həsrət qalıb. Ona görə də klipdə həsrətə son qoymaq istədik. Çəkilişləri İsmayıllıda, məşhur Buynuz meşəsində apardıq”.


Klipdə Qafarzadə təkdir, tərəf müqabili yoxdur: “Süjet xətti əşyalar üzərində qurulub. Bunun necə olduğunu sual verəcəksinizsə, onu klipdə görəcəksiniz. Klip rəqəmsal kameraya çəkilib. Operator Elmir Süleymanov, prodüser Pərviz Oqtayoğludur” .


Qeyd edək ki, “Eşqimə şahid zaman”ın ilk ifaçısı Flora Kərimova olub.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539

Oxşar yazılar