Məşhur musiqiçimizdən “vurçatlasın” klip təqdimatı - FOTOLENT
Lent.az-ın məlumatına görə, qarmon ifaçısı bayramsayağı təqdimat mərasimi təşkil edib. Gülbahar Şükürlünü təbrik etmək üçün Azərbaycanın tanınmış sənətkarları, mədəniyyət xadimləri məclisə qatılıblar. Onların arasında xalq artisti Nazpəri Dostəliyeva, Səkinə İsmayılova, Gülüstan Əliyeva, Ramiz Mirişli, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist Almaz Ələsgərli, Ədalət Şükürov, müğənnilər Rahidə Baxışova, Leyla Ramazanlı, rəqqasə Fatimə Fətəliyeva qonaqlar sırasında olublar.
Qarmon ustasının klipində tərəf müqabili məşhur bəstəkar Ramiz Mirişli olub. Gülbahar Şükürlü incəsənət tarixinə öz möhürünü vuran musiqiçilərə sağlığında qiymət verməyin vacib olduğunu deyib: “Ramiz müəllimə zəng edəndə “ay qızım, mən o klipdə nə edəcəyəm axı?” – dedi. Ona “Ramiz müəllim, hamımızın ömrü əmanətdir, nə qədər ki, canınız sağdır, icazə verin sizinlə birgə klipə çəkilək – cavabını verdim”.
Gələcək planları barədə məlumat verən Gülbahar xanım onu da deyib ki, yaxın vaxtlarda musiqisi Emin Sabitoğluna məxsus olan “Dənizə dönsəm” adlı mahnıya da klip çəkdirməyi planlaşdırır. Onu təbrik edən qonaqların arasında Nazpəri Dostəliyevanın ifası xüsusilə seçilib. Müğənni həmkarlarından fərqli olaraq, canlı muğam ifa edib, az sonra Gülbahar Şükürlü səhnəyə çıxıb və sənətçini müşayiət edib. Dostəliyeva daha sonra ritmik xalq mahnısı ilə bütün iştirakçıları rəqsə dəvət edib. Bütün qonaqlar rəqs edib, bu dəfə də rəqqasə Fatimənin rəqsi diqqət mərkəzində olub.
Qeyd edək ki, “Azərbaycan” adlı diskə 30-a yaxın mahnı daxil edilib. Onların arasında “Azərbaycan”, “Ruhiyyə”, Gəl inad etmə”, “Türk xalq mahnısı”, “Sən gəlməz oldun”, “Ceyranım”, “Mahur təranələri” və s. daxildir. Diskdə, həmçinin Gülbahar xanımın Elşad Dadaşovla ifa etdiyi “Aytac” adlı mahnı da yer alıb. Gülbahar xanım mahnıların və diskin dizaynının da öz ideyası olduğunu diqqətə çatdırıb.
Lalə

2440