“Eurovision-2011” milli finalını 80 ölkədə izləyiblər
15 fevral 2011 16:04 (UTC +04:00)

“Eurovision-2011” milli finalını 80 ölkədə izləyiblər

Azərbaycanda keçirilən “Eurovision-2011” milli final mərhələsini internet vasitəsi ilə 80 ölkənin tamaşaçısı izləyib. Lent.az-ın “itv.az”a istinadən məlumatına görə, bu barədə Avropa Yayımları Birliyinin “Eurovision” tədbirlər qurumundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə daxil olan təşəkkür məktubunda bildirilib.


Məktubda deyilib ki, müsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə, həmçinin www.eurovision.tv internet saytında müsbət rəylər yerləşdirilib. Azərbaycan təmsilçilərinin “Eurovision TV”də təbliği üçün xüsusi bloqun yaradılması təklif olunub.


Hazırda təmsilçilərimizin fanatları ilə ünsiyyət saxlaması, digər ölkələrin təmsilçiləri ilə müzakirələr aparması məqsədilə bloq yaradılır. Xatırladaq ki, final konserti həmçinin Türkiyənin TRT, Gürcüstanın İctimai Televiziyası vasitəsilə bütün dünyaya yayımlanıb.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar