Nüşabə Ələsgərli: “Ayıbdır axı!”
15 fevral 2011 11:00 (UTC +04:00)

Nüşabə Ələsgərli: “Ayıbdır axı!”

“Şou-biznesdə olan sənətçilər açıq-saçıqlığı xoşlasalar da, həmişə öz ailələrinə, övladlarına qarşı xüsusi diqqət yetirirlər. Onlar çalışırlar ki, cəmiyyətimizə yararlı, nümunəvi övladlar yetişdirsinlər”.

Bunu müğənni Nüşabə Ələsgərli Lent.az-a açıqlamasında deyib. Müğənni ailədə çox ciddi olduğunu iddia edib: “Anam mənimlə bu vaxta kimi açıq şəkildə danışmayıb. İndi özüm hər şeyi bilirəm. Özüm də qızımla bu cür rəftar edirəm. Anamın qoyduğu adətlə gedirəm. Hesab edirəm ki, qızım da öz həyatını yaşadıqca hər şeyi başa düşəcək. Vacibdir ki, qız anası ilə sevgidən, məhəbbətdən danışsın? Ayıbdır axı! Həm də abır-həya yalnız bizim mentalitetə xas olan bir şeydir. Qız ərə gedəndə təmiz, ismətli şəkildə ata evini tərk etməlidir. Valideyn üçün bundan böyük xoşbəxtlik ola bilər?”


N.Ələsgərli həmkarlarının da onunla həmfikir olduqlarından əmin olduğunu vurğulayıb: “Yüz yox, milyon faiz əminliklə deyirəm ki, mənim dediyim sözlərə bütün həmkarlarım qoşulacaq”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar