“Avro “malçik”lə, avro “devoçka” seçildi”
“Eurovision-2011” Mahnı Müsabiqəsini milli finalçılarından olan müğənni İlhamə Qasımova münsifləri heyətinin seçimindən narazıdır. Lent.az-ın məlumatına görə, müğənni “facebook” sosial şəbəkəsində seçimdən sonra fikirlərini yazılı şəkildə ifadə edib: “O ki qaldı seçimə, gəlin belə deyək - mən bunu artıq dünəndən bilirdim, sadəcə sizə işarə etdim ki, mən olmayacağam. Necə deyərlər, “avro “malçiklə”, avro “devoçka” seçildi. Uğurlar, yazıq Eldar, görəsən o Nigarla necə oxuyacaq...”
Final iştirakçısının fikirləri diqqətsiz ötüşməyib, “facebook” istifadəçiləri İlhamə Qasımovanın fikirlərinə dair çox sayda şərhlər yazıblar.
Leyla
Final iştirakçısının fikirləri diqqətsiz ötüşməyib, “facebook” istifadəçiləri İlhamə Qasımovanın fikirlərinə dair çox sayda şərhlər yazıblar.
Leyla
1372