İlhamə Quliyevanın mətbuat katibi: “Məhkəmə Flora Kərimovaya görə təxirə salınıb”
“Flora Kərimova ərizənin məzmununu düzgün başa düşməyib. Ümumiyyətlə, Flora Kərimovanın iddia ərizəsində göstərdiyi halların heç bir əsası yoxdur”.
Bunu Lent.az-a açıqlamasında xaq artisti İlhamə Quliyevanın mətbut xidmətinin rəhbəri Faiq Ələkbərli deyib. F.Ələkbərlinin sözlərinə görə, 22 may 2009-cu il tarixində Binəqədi Rayon Məhkəməsində İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərliyə qarşı şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzun aşağı salınması ilə bağlı vurulan maddi və mənəvi ziyanın ödənilməsinə dair Flora Kərimovanın iddiası üzrə işə baxılıb: “Məhkəmə prosesində qarşı tərəf mənbəyi olmayan əsassız sübutlar təqdim edib. Mənim vəkilim Şəfiqə Nağıyeva təqdim olunan həmin sənədlərin əslini istəyib, sübutların mənbəyini göstərməyi tələb edib. Qarşı tərəf isə heç bir sənədin əslini və sübutun mənbəyini göstərə bilmədiyi üçün vəsatət hakim tərəfindən qəbul edilib. Həmin sənədlərin əslinin və sübutların mənbəyini məhkəməyə təqdim olunması Flora Kərimovaya həvalə olunub”.
F.Ələkbərli sübutlar Flora Kərimova tərəfindən təqdim olunana qədər hakim məhkəmə prosesini təxirə saldığını iddia edib: “Flora Kərimova məhkəmədə sənədlərin əslini təqdim etmədiyi üçün, sübutların mənbəyi olmadığı üçün məhkəmə tərəfindən əsas kimi götürülmədi və işə baxılması təxirə salınıb. Qarşı tərəf sizə açıqlamanı özünə sərfəli formada verib. Bu, düzgün deyil. Prosesdə baş verənləri olduğu kimi çatdırmaq lazımdır. Flora Kərimovanın təqdim etdiyi ərizənin heç bir əsası və sübutu yoxdur. Mənim müdafiəçim 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva məhkəmə prosesində İlhamə Quliyeva tərəfindən imzalanan, notariusda təsdiq edilən ərizəni hakimə təqdim edib. Həmin ərizədə İlhamə Quliyeva qeyd edib ki, mən onun mətbuat katibiyəm və onun adından çıxış edirəm. Və heç bir məsuliyyət daşımıram”.
Lalə Yusifqızı

Oxşar yazılar

Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52