Vasif Məhərrəmli: “Klipimdə kəmərimin qaşı, təzə ayaqqabım görünməlidir demərəm”
21 oktyabr 2010 11:11 (UTC +04:00)

Vasif Məhərrəmli: “Klipimdə kəmərimin qaşı, təzə ayaqqabım görünməlidir demərəm”

Bu barədə müğənni özü Lent.az-a məlumat verib: “Sənsizlik mahnısının klipi artıq çəkilmək üzrədir. Danışıqlar gedir. Artıq qərarını vermişik. Rejissor çox güman ki, Faiq Kərəmoğlu olacaq. Yaxşı rejissordur. Rejissor da mahnının mətninə, janrına uyğun seçilməlidir”.

Müğənni klip üçün bir neçə ideyası olduğunu, lakin son nəticədə yenə rejissorun fikri ilə qane olacağını deyib: “Heç vaxt rejissorun işinə qarışmamışam, rejissora demirəm ki, klipimdə kəmərimin qaşı, təzə ayaqqabım görünməlidir. Mənə bir neçə süjet xətti verilib, rejissorla ortaq məxrəcə gələcəyik.

Müğənni sözügedən mahnıya tələbat olduğunu, “Sənsizliy”i çox sevdiyini də əlavə edib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar