Müğənni Röya Ayxan ilin brendi seçilib
20 oktyabr 2010 15:44 (UTC +04:00)

Müğənni Röya Ayxan ilin brendi seçilib

Röya 2009-2010 illər üçün şou biznesin bir nömrəli brendi sayılır. Müğənninin prodüseri Tolikin Lent.az-a verdiyi məlumata görə, “Business İnsight İnternational Research Group”un hazırladığı “Həyat tərzi araşdırmasının hesabatı” nəticələri açıqlanıb və Röya ilk sırada qərarlaşıb.



Araşdırmanın nəticələrinə əsasən, ilk onluqda 1-ci Röya Ayxan, sonra isə ardıcıl olaraq Alim Qasımov, Aygün Kazımova, Baloğlan Əşrəfov, Zeynəb Xanlarova, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Azərin, Brilliant Dadaşova, Könül Xasıyeva yer alıb.


Son 3-4 ildə keçirilən sorğuların nəticələri göstərir ki, Röya paytaxt sakinlərinin ən sevimli müğənnisinə çevrilib. Demək olar ki, hər dördüncü respondent sevimli müğənni kimi Röyaya üstünlük verir (24%).


Röyanın pərəstişkarlarının 27.4 faizi kişi, 72.6 faizi isə qadındır. Onun pərəstiş edənlərin 39 faizi isə ali təhsilli insandır.


Qeyd edək ki, ümumiyyətlə 734 respondentin hamısı birlikdə sevimli müğənni kimi əcnəbilər də daxil olmaqla 127 müğənninin adını qeyd edib. 10.4% respondent heç bir müğənnini bəyənmədiyini vurğulayıb. Təhlillər göstərir ki, ayrı-ayrı musiqi janrları üzrə birinci yeri 61.5 faizlə Azərbaycanın estrada janrında oxuyan müğənnilər, ikinci yeri 15 faizlə muğam ifaçıları, üçüncü yeri 7.9 faizlə xalq mahnılarının ifaçıları, dördüncü yeri isə 7.6 faizlə xarici estrada müğənniləri bölüşürlər.


Bu araşdırma Bakı şəhərində yaşayan əhali arasında Kəmiyyət Araşdırma metodunun Telefonla Klassik Anket sorğusu üsulundan istifadə edilərək həyata keçirilib.


Sorğu Bakı şəhərinin 11 rayonunda - Nəsimi (104), Xətai (72), Yasamal (107), Binəqədi
(49), Səbail (71), Nərimanov (68), Qaradağ (38), Xəzər (46), Nizami (64), Suraxanı (94) və Sabunçu (21) rayonlarında aparılıb.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2255

Oxşar yazılar