Nadir Qafarzadə: “Vətən nədir ağəz, “qde tebe xoroşo - tam vətən!” - BLİS MÜSAHİBƏ
20 oktyabr 2010 14:38 (UTC +04:00)

Nadir Qafarzadə: “Vətən nədir ağəz, “qde tebe xoroşo - tam vətən!” - BLİS MÜSAHİBƏ

Lent.az-ın əməkdaşı müğənnidən müsahibə almaq istəyərkən arada maraqlı və bir qədər də qəribə bir dialoq alınıb:

- Salam, bir neçə dəqiqəlik bizə vaxt ayıra bilərsiniz?

- Oy, açıqlama verməliyəm? Mən axı söz vermişəm ki, bir də açıqlama verməyim?...

- Axı indicə sizi televiziya müxbirləri ilə təəssüratınızı bölüşən gördük!

- Bilirsiz, mən artıq söz vermişəm ki, Azərbaycanı tərk edəm!

- Azərbaycan nə itirəcək?

- Məni! Yerim görünəcək!

- Bəs siz nəyi? El şənlikləri, tədbirlər xaricində daha nəyi itirəcəksiniz?

- Nə toylar? Yığdığım pullar, burdan-bura kimi bəs edər (əli ilə boğazdan yuxarıya əl işarəsi ilə göstərir) Yığdığım pulu qoyaram “şvedskiy” banka, ordan gələn faizlər mənə bəsdir!

- Bəs vətən, bəs torpaq?...

- Vətən nədir ağəz, “qde tebe xoroşo - tam vətən!”

P. S. Qısa söhbətin ardından müğənni nəzakətlə sağollaşmağı da unutmayıb: “Mənə icazə verin də zəhmət olmasa, bura danışmağa yox, geyimlərə baxmağa gəlmişəm...”

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899

Oxşar yazılar