Nadir Qafarzadə : “Heç kim düşünməsin ki, o, toxunulmazdır”
Müğənni Lent.az-a açıqlamasında deyib ki, sənətçi həmkarlarının döyülməsi, adlarının müxtəlif qalmaqallarda hallandırılması onu heç də narahat etmir, əksinə, kimsə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq cinayət törədirsə və yaxud da hansısa insana ziyan verirsə, qanun qarşısında cavabdehlik daşıyır: “Qanun hamı üçün qanundur. İstər o, xalq artisti, istərsə də dünya çapında bir ulduz olsun, fərq etməz. Amma, haradasa düşünülmədən atılan səhv addıma görə bağışlanmaq olar. Bu kökündən yanlış olan bir fikirdir”.
N.Qafarzadə şöhrətdən istifadə edənlərə qarşı olduğunu da vurğulayıb: “Belə çıxır ki, səhnədə olanlar şöhrətindən istifadə edib nə istəsələr edə bilərlər? Heç kim düşünməsin ki, o, toxunulmazdır”.
Nəzrin

815