Nisə Qasımova od püskürdü: “Onları rahat buraxmayacam...”
22 oktyabr 2012 10:45 (UTC +04:00)

Nisə Qasımova od püskürdü: “Onları rahat buraxmayacam...”

Azərbaycanın xalq artisti Nisə Qasımova ANS telekanalını məhkəməyə verir. Lent.az-ın məlumatına görə, bazar günü medianı təcili başına toplayan xalq artisti bildirib ki, buna səbəb telekanal tərəfindən ailəsini təhqir edən süjetin yayımlanmasıdır: “Hər şey dünən ANS-dəki şou verilişlərinin birində yayımlanan süjetdən sonra başladı. Həmin süjetdə bildirildi ki, mənim Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən bir anlıq şok yaşadım. Birincisi, deyirlər ki, qardaşım rəhmətə gedəndən sonra mən Fətullahı övladlığa götürmüşəm. Bu, elə deyil. O, anadan olandan sonra mənim yanımda böyüyüb. Uşaq vaxtından bilirdi ki, böyüyəndə mənə dayaq olacaq. Dünənki biabırçılıqdan sonra biz bir-birimizin üzünə baxa bilmirik, utandığımdan evə gedə bilmirəm”.

Nisə Qasımova telekanaldan ailəsindən üzr istəməyi tələb edib: “Mən və ailəm, xüsusən oğlum təhqir olunub. Fətullah özü də Məşədi, Kərbalayidir. Onun tərbiyəsi hansısa xoşagəlməz addımlar atmağa imkan vermir. Ancaq mən bu məsələdə susmayacağam. Mən verilişdən sonra dəfələrə Mirşahin Ağayevə zəng etsəm də, zəngimə cavab verməyib, rədd etdi. Onlara iki gün vaxt verirəm. Ya həmin verilişdə bu xəbəri təkzib edib, məndən, ailəmdən üzr istəsinlər, ya da mən onları məhkəməyə verəcəyəm. Azmı olmuşdu sizin “quş”larınıza görə sizə xəbərdarlıq edilməsi? İki gün gözləyəcəyəm. Üzr istəməsələr, onları məhkəməyə verəcəyəm”.

Xalq artisti bildirib ki, o, sözügedən televiziyada yayımlan verilişlərə qatılmaqdan imtina etdiyi üçün onlar bu addımı atıblar: “Bu qədərmi mən lazımsız bir insan oldum? Onlarla elə şəxsi qərəzliyim olmayıb. Yəqin mən Elgizin, Ulviranın verilişlərinə getmədiyim üçün məndən əvəz çıxırlar. Ancaq bilsinlər ki, hər zaman mətbuatdan qaçan Nisə bundan sonra susmayacaq. Bu telekanaldan hər şey gözləyirdim, bircə bunu yox. Bu məsələnin axırına qədər gedəcəyəm. Bütün bunların günahkarı mənəm. Mən müğənni olmasaydım, bunlar da olmazdır. Ancaq buradan köçəsi də olsam, sübut edəcəyəm ki, bu, vicdansızlıqdır. İndiyədək çox şeylərə göz yummuşam, amma ailəmə təhqiramiz süjet göstərməklə, onları təhqir edənləri rahat buraxmayacağam”.

Nisə Qasımova kəskin ismarış da yollayıb “Mən sizin düşündüyünüz müğənnilərin cərgəsində deyiləm. Elə olsaydı, mənim də 25 villam, 15 maşınım, bir ərim, 5 sevgilim olardı. Mən ailə tərbiyəsi görmüşəm, mənəviyyatım, ailə nüfuzum hər şeydən əzizdir. Mən iki oğul nəvəsi böyüdürəm. İstəmərəm mənim nəvələrimə mənə görə söz gəlsin”.

Müsahibə zamanı Nisə Qasımovanın səhhətində problem yarandı. Hönkürtü ilə ağlayan müğənniyə sakitləşdirici həb verdilər. Elə bu məqamda müğənnin oğlu Fətullah da həmin məkana gəldi. Nisə Qasımova oğlunu qucaqlayaraq ondan üzr istədi: “Bütün jurnalistlərin qarşısında səndən üzr istəyirəm ki, mən müğənniyəm. Müğənni olmasaydım, bunlar sənin başına gəlməzdi...”

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6006

Oxşar yazılar