“Space” telekanalında “Banu” verilişinin aparıcısı Günel Həsənzadə ilk dəfə həyat yoldaşı ilə şəklini paylaşıb.
Lent.az-ın məlumatına görə, aparıcı fotoda həyat yoldaşının üzünü gizlədib. Onun paylaşımına izləyiciləri “Allah sizi xoşbəxt eləsin!”, - şərhini yazıblar. Günel isə həmin rəylərə “bəyənmə” işarəsi qoyub.
Qeyd edək ki, G.Həsənzadə gizli şəkildə türkiyəli iş adamı ilə ailə qurub. O, bu xəbəri xeyli vaxt mətbuatdan gizli saxlaya bilib.