Fyodr Andreyeviç Maxnovu bir zamanlar bütün dünya tanıyırdı. Çünki dünya tarixində indiyədək ondan uzun adam olmayıb. Onun çəkisi 182 kiloqram, boyunun uzunluğu isə 2 metr 85 santimetr idi. Onun çəkməsinin içinə 12 yaşlı uşaq asanlıqla yerləşə bilərdi.
Fyodr 16 yaşı olarkən sirkdə işləməyə başlayır. Ovcu ilə kərpic parçalamaq, orkestrin əyləşdiyi böyük platformanı əli ilə qaldırmaq kimi fəndlər göstərərək, sadəcə nəhəng insan görməyə gələn tamaşaçı kütləsini heyrətdə qoyur. Bundan sonra çalışdığı 9 il müddətində təkcə boyu ilə deyil, var-dövləti ilə də seçilir.
Nəhəngin təkcə yeməyinin qədərini eşitmək insanı heyrətdə qoymağa bəs edirdi. O, səhərlər 20 yumurta, 8 çörək, iki litr çay, nahar üçün iki kiloqram yarım ət və eyni miqdarda kartof yeyirdi. O, yuxusunu tam almaq üçün 24 saatdan çox yatırdı.
Xeyli sərvətə sahib olmasına baxmayaraq, nəhəng uzun müddət özünə həyat yoldaşı tapa bilmədi. Nəticədə kənd müəllimi Efrosinya Lebedeva ilə evləndi. Qız ərindən bir metr qısa idi. Onların 5 uşağı olur. Fyodor çox məşhur idi. Sirkdəki işinə davam edirdi. Tez-tez ictimai tədbirlərə dəvət olunurdu, burada çilçıraqdan siqaret çəkərək qonaqları əyləndirməyi bacarırdı. Səfərlər ona çətinliklər də yaradırdı. Axı ona uyğun nəqliyyat, otellər və restoranlar tapmaq mümkün deyildi.
Fyodor 1912-ci ildə, 34 yaşında vəfat etdi. Ölümün səbəbi heç vaxt dəqiq bilinmədi. Nəhəngi Kostyuki kəndindəki qəbiristanlıqda dəfn edirlər.
Lent.az Fyodr Andreyeviç Maxnovun fotolarını təqdim edir: