Xalasıoğlunu öldürən şəxs MƏHKƏMƏDƏ
17 fevral 2021 09:43 (UTC +04:00)

Xalasıoğlunu öldürən şəxs MƏHKƏMƏDƏ

Şabranda xalası oğlunu öldürən şəxsin cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatındadır.

Xatırladaq ki, hadisə ötən il avqustun 1-də saat 5:00 radələrində Şabran rayonunun Günəşli kəndində baş verib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işinə başlanılıb.

İlkin istintaqla hadisənin zərərçəkmiş şəxsin xalası oğlu, 26 yaşlı Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

# 957
avatar

Mehman Nəbiyev

Oxşar yazılar