Vasif Məhərrəmli
09 mart 2022 16:18 (UTC +04:00)

Vasif Məhərrəmli

Vasif Məhərrəmli necə şantaj olunub? – “Anam yaşında bir xanımla...” - FOTO

Əməkdar artist Vasif Məhərrəmli dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəməyə çağırılıb.

Lent.az xəbər verir ki, V.Məhərrəmli bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verib.

Onun sözlərinə görə, Maqsud Mahmudova verdiyi min manat pul hələ də geri qaytarılmayıb:

“Təxminən Tovuz hadisələrindən sonra yoldaşım mənə göstərdi ki, Maqsud Mahmudov “youtube” hesabında sənin ünvanına bir neçə xoş olmayan sözlər söyləyib.

Deyib ki, Vasif Məhərrəmli mahnı oxuyur, toylara gedir, amma şəhid ailələrinə kömək etmir. 

Nömrəsini götürüb Maqsud Mahmudovla əlaqə saxlamağa çalışdım. Amma telefonumu açmadı, mesaj göndərdi ki, 5-10 dəqiqə sonra zəng edəcəm. 

Maqsud Mahmudov mənim barədə deyib ki, guya, mən Tbilisi prospektində 3 otaqlı mənzil almışam və orada anam yaşında bir xanımla münasibət yaşayıram. Bu məlumatın hardan olduğunu soruşdum, bir qızın dediyini bildirdi. Bunun səhəri günü Maqsud Mahmudov canlı efirində mənə qarşı işlətdiyi yalan ittihama görə üzr istədi. Mən həmin vaxta qədər Maqsud Mahmudovu tanınmamışam. Bu minvalla tanış olmuşuq.  

Bir müddət sonra məndən 1000 manat pul istədi. Əvvəlcə, Afət Fərmanqızından, Manaf Ağayevdən istəyib, amma onlar verməyib. Mən verdim. Pulu götürməyə tanımadığım biri gəldi və pulu verdim. Ondan sonra nə pulumu qaytardı, nə də əlaqəm oldu”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Lent.az-ın əməkdaşı məhkəmənin önündə Vasif Məhərrəmlinin fotosunu çəkib. Həmin fotonu təqdim edirik:

 

# 11295
avatar

Fidan İlqar

Oxşar yazılar