Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Lent.az APA-ya istinadla bildirir ki, daha sonra yaşadıqları evi yandırıb. K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
15:48
Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Lent.az APA-ya istinadla bildirir ki, iki nəfərin arasında mübahisə düşüb və balta ilə vurulub.