Taxtakörpüdə  DƏHŞƏT:   Əmisini dırmıqla öldürdü
27 aprel 2022 11:28 (UTC +04:00)

Taxtakörpüdə DƏHŞƏT: Əmisini dırmıqla öldürdü

Ağcabədidə qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov rayonun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

# 4275
avatar

Mehman Nəbiyev

Oxşar yazılar