Şuşa sakini rayon evlərindən 22 minlik oğurluq etdi
03 noyabr 2021 13:29 (UTC +04:00)

Şuşa sakini rayon evlərindən 22 minlik oğurluq etdi

Bu il aprelin 22-də Balakən rayonundakı evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Balakən rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şuşa rayon sakini E.İbrahimov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 2 evdən 6400  dollar və 7000 manat pul, 4500 manat dəyərində qızıl və gümüş əşyaları oğurlaması da müəyyən edilib.

Maddi sübutların bir qismi onun tanışı olan Balakən sakini L.Qardaşovanın evindən aşkar edilərək götürülüb və o da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Mehman Nəbiyev

Oxşar yazılar