Suriyada döyüşən azərbaycanlı
18 iyun 2021 11:35 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlı

Suriyada döyüşən azərbaycanlı ölkəyə gətirildi - VİDEO

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.

Lent.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya ərazisində həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan vətəndaşı 42 yaşlı Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılaraq ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 2013-cü il iyunun 20-də adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Suriyada döyüşən azərbaycanlı ölkəyə gətirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Mehman Nəbiyev

Oxşar yazılar