Sumqayıtda oğurluğa gedən kişi ev sahibini boğub öldürdü
11 noyabr 2021 12:52 (UTC +04:00)

Sumqayıtda oğurluğa gedən kişi ev sahibini boğub öldürdü

Sumqayıtda qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 76 yaşlı Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olub, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirərək, daha sonra isə boğaraq öldürüb. Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar