“SOCAR”ın “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulovun iş yerində ölməsi ilə bağlı açılan cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib. İş hakim Əkrəm Qəhrəmanovun icraatına verilib. Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə başlanan işdə adı çəkilən idarənin 1 saylı şəbəkə rayonunun sahə rəisi Əlizamin Baxşəliyev təqsirli bilinir.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 8-də baş verib. “SOCAR” “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulov iş yerində yüksək gərginlikli elektrik xəttinin altına düşərək dünyasını dəyişib.