Sevgilisini binadan atıb öldürdü
04 fevral 2025 15:44 (UTC +04:00)

Sevgilisini binadan atıb öldürdü

Rusiyada kişi sevgilisini binadan ataraq, öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, paytaxt Moskvanın Marşal Savitski küçəsində baş verib.

Supermarketdə satıcı işləyən 43 yaşlı qadın 8-ci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Əvvəlcə qadının intihar etdiyi güman edilib. Ancaq alınan ifadələr və araşdırmalar nəticəsində hadisənin qətl olduğu müəyyən edilib.

Məlum olub ki, həmin gün mərhum sevgilisi 31 yaşlı kişi ilə evdə olub. Spirtli içki qəbul edərkən cütlük arasında münaqişə yaranıb. Mübahisənin qızğın vaxtında kişi onu pəncərədən itələyib və hadisəni intihar kimi təqdim etməyə çalışıb.

Saxlanılan şəxs özü günahını etiraf etmir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503

Oxşar yazılar