Satıcını hədələyib pulunu aldı
14 iyun 2021 18:31 (UTC +04:00)

Satıcını hədələyib pulunu aldı

İyunun 11-də naməlum şəxs Zarat kənd sakini X.Eldarovu işlədiyi mağazada bıçaqla hədələyərək quldurluq yolu ilə 50 manat pulunu alıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan rayon sakini E.Fərzəliyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Mehman Nəbiyev

Oxşar yazılar