Şagirdlərin təhsil haqlarını mənimsəyənlər yenidən MƏHKƏMƏDƏ
18 mart 2021 14:41 (UTC +04:00)

Şagirdlərin təhsil haqlarını mənimsəyənlər yenidən MƏHKƏMƏDƏ

"Xəzər Liseyi Ümumtəhsil Məktəbi" MMC-nin 564 min manatlıq mənimsəmədə ittiham olunan iki mühasibi Tural Məmmədov və Fərahim Möhbalıyevin apelyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, martın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb. Növbəti iclas aprelin 7-ə təyin edilib.

Xatırladaq ki, 564 min manatlıq mənimsəmədə ittiham olunan T.Məmmədov və F.Möhbalıyev 2019-cu ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda törətdikləri əməli etiraf ediblər.

Tural Məmmədov 400 min manatı mənimsədiyini etiraf edib və Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovu ittiham edib: "Mən yemişəm, danmıram, bəs Əli Həsənovun (Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi) milyonluq villalar hardandır"?

Digər təqsirləndirilən şəxs Fərahim Möhbalıyev də Əli Həsənovu ittiham edib: "İşimiz birbaşa Əli Həsənovun tapşırığı ilə düzgün araşdırılmır. Bizə cinayətkar deyənlər özlərinə baxsın. Sona Vəliyevanın əmisi uşaqları 2018-ci ildə adamları müqaviləsiz işlədirdilər, obyektlərində ölüm hadisəsi baş verib, ört-basdır etdilər. Necə olur ki, Sona Vəliyevanın oğlu bir gün də olsun əyninə hərbi formanı geyinməyib, amma cibində hərbi bileti gəzdirir. Prezident Administrasiyası Əli Həsənovun idarəsidir ki, yazdığımız şikayətlər gedir onun masasına düşür", deyə Möhbalıyev bildirib.

İttiham aktına əsasən, 2018-ci ilin aprel-oktyabr aylarında 454 şagirdin təhsili üçün liseyə 1 mln. 366 min manat ödənilib. Amma mühasiblər 564 min manatı rəsmi sənədlərə daxil etməyiblər, mənimsəyiblər.

Liseyin direktoru Elnur Əliyevin DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciətindən sonra onalrın barəsində Cinayət Məcəlləsinin 179.2.2-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Müttəhimlər təqsirlərini qismən etiraf edirlər və təsdiq edirlər ki, nağd pulu böyük hissəsini sadəcə olaraq Sona Vəliyevaya veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar