Rusiyada əvvəllər qətl törədən daha bir azərbaycanlı HƏBS OLUNUB
30 iyun 2025 09:24 (UTC +04:00)

Rusiyada əvvəllər qətl törədən daha bir azərbaycanlı HƏBS OLUNUB

Rusiyanın Yamal-Nenets Muxtar Dairəsinin Labıtnanqi şəhərində 2006-cı ildə törədilmiş qətldə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, Muxtar Dairə üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, işin materialları təsdiq edilmiş ittiham aktı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

“Təqsirləndirilən şəxslə tanışı arasında münaqişə 2006-cı il mayın 3-nə keçən gecə baş verib. Mübahisə zamanı kişi odlu silahdan 5 dəfə atəş açıb: güllələrdən biri başına, qalanı isə zərərçəkmişin gövdəsinə dəyib.

Hadisədən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb, zərərçəkən həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Cinayəti törətdikdən sonra şübhəli şəxs Rusiya Federasiyasının ərazisini tərk edərək beynəlxalq axtarışa verilib. Məhkəmə istintaqın tələbi ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib”, - deyə regional istintaq komitəsindən bildirilib.

Müstəntiqlər qeyd edirlər ki, bu cinayətin açılması istiqamətində işlər davamlı olaraq aparılıb. İstintaq zamanı çoxsaylı məhkəmə-tibbi ekspertizaları və şahidlərin dindirilməsi aparılıb. İş üzrə təqsirləndirilən şəxsə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi - adam öldürmə ilə qiyabi ittiham irəli sürülüb. Hadisənin bütün halları müəyyən edilib ki, bu da istintaqı başa çatdırmağa və iş materiallarını məhkəməyə göndərməyə imkan verib.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı saxlanılıb. Onlardan ikisi əməliyyat zamanı öldürülüb. Əməliyyata səbəb isə 2001-ci ildə digər həmyerlimiz Yunus Paşayevin qətlə yetirilməsi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar