Saxlanılan şəxs İntiqam Yusifov
02 mart 2021 10:05 (UTC +04:00)

Saxlanılan şəxs İntiqam Yusifov

Rayonda oğurladıqların satdı, Bakıda əyləndi

Şəmkirdə avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov rayondan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar