Rayon sakinində külli miqdarda narkotik aşkarlandı -  FOTO
08 fevral 2021 11:59 (UTC +04:00)

Rayon sakinində külli miqdarda narkotik aşkarlandı - FOTO

Tərtər sakinindən narkotik maddə götürülüb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rafiq Alışov tutularaq Polis Şöbəsinə gətirilib. 

Davam etdirilən araşdırmalarla R.Alışovun fərdi yaşayış evinə baxış zamanı gizlətdiyi müxtəlif qablaşdırmalarda olan 1 kiloqram 800 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Şübhəli şəxs ilikin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar