Rayon sakini yarım kiloya yaxın narkotiklə tutuldu - FOTO
06 aprel 2023 10:33 (UTC +04:00)

Rayon sakini yarım kiloya yaxın narkotiklə tutuldu - FOTO

Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, eyni əmələ görə əvvəllər də məhkum olunmuş Şahin Nəcəfov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 490 qram olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2453

Oxşar yazılar