Qonşu qadını 1 yaşlı uşağının  gözü önündə öldürdü
08 iyun 2024 19:44 (UTC +04:00)

Qonşu qadını 1 yaşlı uşağının gözü önündə öldürdü

0

Türkiyədə qadın qonşusu tərəfindən qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfa şəhərinin Bağlarbaşı məhəlləsindəki binalardan birində baş verib. Tikintidə çalışan kişi evə qayıdıb 1 uşaq anası olan 29 yaşlı arvadı suriyalı Nur Süleymanın meyiti ilə qarşılaşıb.

Meyitin boğaz və bədəninin müxtəlif yerlərində bıçaq xəsarətləri olub. Məlumata görə, qadın 1 yaşlı uşağının gözü önündə öldürülüb.

Hadisə yerinə gələn polislər qətllə əlaqədar olaraq, həmin binada yaşayan və adı açıqlanmayan bir nəfəri saxlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5170

Oxşar yazılar