“Qanuni oğrular"ın ƏN BÖYÜK SİRRİ – Tacqoymanın AĞIR ŞƏRTLƏRİ
05 fevral 2024 15:00 (UTC +04:00)

“Qanuni oğrular"ın ƏN BÖYÜK SİRRİ– Tacqoymanın AĞIR ŞƏRTLƏRİ

"Qanuni oğru" termini 1930-cu ilə aiddir. O zamanlarda həbsxanalarda “urka”, “blatar” kimi anlayışlarla birlikdə özünü elita kimi yerləşdirən yeni kateqoriya meydana çıxır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu elit dairəyə müəyyən növ cinayətkarlar daxil ola bilər: mağaza və ev oğurluqları, seyfləri açmaq qabiliyyəti.

Əslində mediaya “qanuni oğrular”a tacqoyma proseduru ilə bağlı çox şey məlum deyil. Buna görə də bu proses cəmiyyətdə həmişə maraq doğurur. Çünki kriminal cəmiyyətin nümayəndələri ağızlarını necə bağlayacaqlarının yaxşı bilir və buna görə də bütün jurnalist cəhdlərinə əsasən tac qoyma prosesi ətraflı məlum deyil. Əks halda bu statusu çoxları ala bilərdi.

Qanuni oğrulardan biri izah edir ki, bu hadisə sadə insanlar üçün həmişəlik sirr olaraq qalacaq. Çünki kriminal insanlar danışmağı çox sevmirlər. Qeyd edək ki, tacqoyma 1930-cu ildən başlayıb. O zaman istifadə edilən proseduralar eyni olaraq qalır. Bircə istisna var - artıq həbsxanada tac qoymağa ehtiyac yoxdur, bunu azadlıqda etmək olar. Əvvəllər isə tacqoyma yalnız həbsxanada olurdu.

Onu da deyək ki, “Qanuni oğru”luğun iki növü var.

Birinci növ, düzgün taclanmış həqiqi oğrulardır. İkinci növ, onlara "mandarin" və ya "portağal" da deyilir, bunla prosesə çox pul qazanmaq üçün qoşulurlar. Amma eyni zamanda, heç kim onları əsl oğru hesab etmir. Oğrunun tac sahibi olması üçün onun kriminal aləmdə nüfuzu olmalıdır, onun sözü keçməlidir ki, başqaları üzərində də hakimiyyəti olsun.

Qeyd edək ki, “portağallar” “toplantılara” dəvət edilmir, əsl “qanuni oğrularla” bərabər səsə malik deyillər. "Portağallar" üçün belə bir tac qoyma xəyalidir, özlərinə hörmətini yüksəltmək üçün.

Bütün nüfuzlu oğruların hamısı bu statusu əldə etmək istəmirlər. Çünki həddən artıq məsuliyyət var və hətta ən kiçik cinayətə görə, “sxodka” (kriminal aləmdə nüfuzlu “qanuni oğruların” xüsusi toplantısı-red.) qarşısında cavab verilməlidir.

Hər “qanuni oğru”nun öz fərqli döymələri var. Bunun sayəsində, “zona”dakı bir insanı "oxumaq" olur. Qanuni oğruların ən məşhur döymələri əllərindəki üzüklər, tac təsviri, çiyinlərdə və dizlərdə ulduzlar, xaçlar və çiyin poqonları. Bir müddət əvvəl Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 210.1-ci maddə daxil edildi - “Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”. Ona görə cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tac qoyma və tacdan məhrum etmə yalnız “sxodka” zamanı mümkün ola bilər.

Bəs “oğru” nəyə əsasən taclana bilir? Etibarlılığa, ümumi fond (“obşak”) üçün oğurlamağa hazır olmaya, qadınlar münasibətləri dərinləşdirməməyə və rəsmiləşdirməməyə görə. Çünki adətən “qanuni oğru” adi ailə dəyərlərindən imtina etməlidir. Təbii ki, hər yerdə istisnalar var və titulu saxlamaqla bağlı suallar “sxodkada” həll olunur.

Qanuni oğru özbaşına təqaüdə çıxa bilməz, bu xəyanət kimi qiymətləndirilir. Təqaüdə çıxmaq məsələsinə də “sxodka”da qərara verilməlidir. Maraqlıdır ki, sağlamlıq səbəbi ilə "oğru" yalnız səhhətinin hər hansı bir problemi həll etməyə imkan vermədiyi təqdirdə prosesdən uzaqlaşa bilər. Hətta bu zaman da “sxodka” özlərinin xüsusi olaraq yaratdığı “tibbi müayinədən” keçməyi əmr verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8292
avatar

Cavidan HUN

Oxşar yazılar