Polis arvadını bıçaqlayan kişini GÜLLƏLƏDİ
19 iyun 2024 15:29 (UTC +04:00)

Polis arvadını bıçaqlayan kişini GÜLLƏLƏDİ

Rusiyanın Moskva vilayətində polis iyunun 19-na keçən gecə həyat yoldaşını bıçaqla yaralayan şəxsi güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Jukovskidə, Tsiolkovski sahilindəki mənzillərdən birində baş verib. Qonşular polis çağırıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları pilləkəndə hər iki əlində bıçaq olan aqressiv 47 yaşlı kişi ilə qarşılaşıblar. O, polislərdən birinə hücum etməyə cəhd edib, bundan sonra polis atəş açıb. İki güllə onun üçün ölümcül olub.

Daha sonra mənzilə daxil olan məmurlar mətbəxdə bıçaq xəsarətləri olan qadını aşkar ediblər. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. Güllələnən şəxsin əvvəllər dəfələrlə məhkum olunduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Oxşar yazılar