Ova gedən polisi dayısı GÜLLƏLƏDİ
08 dekabr 2023 11:40 (UTC +04:00)

Ova gedən polisi dayısı GÜLLƏLƏDİ

Tulunda ov zamanı dayı səhvən öz bacısı oğlunu güllələyib. Ölən şəxs polis əməkdaşı olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 34 yaşlı Nikolay M. adlı və 26 yaşlı Viktor V adlı yerli polis idarəsinin əməkdaşı olan leytenant məzuniyyətinin son günündə meşəyə gedib. Evdə Nikolayın tapançası təsadüfən işə düşüb və güllə bacısı oğlunun başına dəyib.

Ağır yaralanan polis xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, gecə saatlarında dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

# 7269
avatar

Oxşar yazılar